Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Goranboy sakini evinin dam örtüyünü bayrağa bürüyüb – Fotolar

Goranboy sakini evinin dam örtüyünü bayrağa bürüyüb – Fotolar

Goranboy rayon sakini evinin dam örtüyünü bayrağa bürüyüb.

Şadlı kənd sakini, 47 yaşlı İlham Hüseynov övladının istəyi ilə yaşadığı evin dam örtüyünü yeniləyən zaman orada üçrəngli Azərbaycan bayrağı və ay-ulduzu əks etdirib.

Dəmirdən olan örtüyü ev sahibin qardaşı inşa edib. Beləliklə, əmisi 15 gün müddətində İlyas Hüseynovun arzusunu reallaşdırıb. Şadlı sakini kəndə ilk dəfə gələnlərin dam örtüyünün necə hazırlanması, çəkilən xərclə maraqlandığını deyir.

Bayraq formasında dam örtüyünü hazırlamaq üçün lazım olan materiallar Gəncə şəhərindən sifariş edilib. Ev sahibi övladının arzusunun reallaşması üçün isə 2500 manat xərc çəkib. (Report)

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın