Bazar , Noyabr 29 2020
Ana səhifə / Şou Biznes / “Gopa basdım ki, toyum olacaq” – Aygün Bəylərdən şok fırıldaq

“Gopa basdım ki, toyum olacaq” – Aygün Bəylərdən şok fırıldaq

Əməkdar artist Aygün Bəylər ailə quracağı barədə yayılan xəbərlərə münasibət bildirib. O, “Səhər-səhər” verilişinə qonaq olarkən şou üçün belə məlumat yaydığını iddia edib:

“Hamı şoka düşəcək. Ay camaat, Moskvada ayağım tutulmuşdu. Ora da hündürdaban ayaqqabı geyinmək istəmirdim. Dedim ki, məndə alınmır. Başımdakı kişi papağı ilə necə “kablok” geyinim? Gəşəng geyindim. Düşündüm ki, mənə yenə yığacaqlar ki, nə gözəlləşmisən? Dedim bu suallardansa, özüm nəsə deyim. Ayaqqabını geyindim, adını da qoydum ki, ərə gedirəm. Heç yerdə deməmişəm, amma bu xəbər partlayacaq.

Artıq utanırdım, ağsaqqalar təbrik edir. Deyirəm, fikir verməyin, şou-biznesə bu lazımdır. Layihə edən bir nəfər mənə dedi ki, bu xəbəri yay hamı yazacaq. Birinci bunu reklam elə. Amma layihə etsən, heç kim yazmayacaq. Dedim, inanmıram. Gopa basdım, əcəb etdim. Mənə yalvardılar ki, hələ söhbəti açmayım. Amma buna açıqlama vermək lazım idi”.

Qeyd edək ki, yeniçağ.az saytı A. Bəylərin nazirin qohumuna ərə gedəcəyi barədə xəbər yaymışdı.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …