Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Gömrük rəisi ilə bağlı məlumat təsdiqlənmədi

Gömrük rəisi ilə bağlı məlumat təsdiqlənmədi

Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun DTX tərəfindən saxlanılması haqda məlumat təsdiqini tapmayıb. 

“AzPolitika”nın əməkdaşı bu gün musavat.com-a istinadla əksər saytlarda tirajlanmış bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu aydınlaşdırmaq üçün M.Həsənova yaxın mənbə ilə əlaqə saxlayıb. Mənbə məlumatın heç bir əsasının olmadığını, M.Həsənova qarşı hər hansı əməliyyat keçirilmədiyini və onun saxlanılmadığını bildirib: “Məlumatın heç bir əsası yoxdur. M.Həsənovla bir qədər əvvəl danışmışam. Biz təəccüb edirik ki, DTX kimi nüfuzlu, ciddi bir qurumun adını da hallandırmaqla, belə bir əsassız məlumatı necə yayıblar. Görünür kiminsə sifarişi, qaralama kampaniyasıdır”.

Qeyd edək ki, M.Həsənov YAP-ın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının (Həsənova) qardaşıdır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın