Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Gömrük Komitəsindən sərhəddəki terrorla bağlı – AÇIQLAMA

Gömrük Komitəsindən sərhəddəki terrorla bağlı – AÇIQLAMA

Dağıstanda Yol hərəkəti təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin postu yaxınlığında baş vermiş partlayış Azərbaycan gömrüyünün işinə təsir etməyib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Hadisə Azərbaycanla Rusiyanı birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub.

Komitədən bildiriblər ki, Rusiya ilə sərhəddəki gömrük-buraxılış məntəqələri adi rejimdə işləyir. Heç bir növbə, izdiham yoxdur.

Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Dmitri Kotikov isə bildirib ki, Azərbaycanla sərhəddəki RF gömrük-buraxılış məntəqələri də adi rejimdə çalışır, sərhəddə heç bir növbə yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Dərbənd rayonunda Dövlət Müfəttişliyinin Cemikənd postunun yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, 6 polis və 6 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın