Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Gömrük generalı işdən çıxarıldı

Gömrük generalı işdən çıxarıldı

Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib.
Azinforum.az AzVision.az-a istinadən xəbər verir ki, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general –mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. O, rəhbəri olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.
G. Muradlınının yerinə Balakən Gömrük İdarəsinə ötən ilin oktyabrında rəis təyin olunan polkovnik Baba Salayev təyin edilib. B. Salayevin yaxın müddətdə general-mayor rütbəsi alacağı gözlənilir.
B. Salayev əvvəl Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini işləmişdi.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın