Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Gömrük əməkdaşlarının maaşları artırıldı – Sərəncam

Gömrük əməkdaşlarının maaşları artırıldı – Sərəncam

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli fərmanında dəyişiklik edilib.
“Report”un xəbərinə görə, dəyişikliklə bağlı sənədi Prezident İlham Əliyev imzalayıb.
Dəyişikliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
İndiyədək, bu rəqəm 25 faiz idi.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın