Ana səhifə / Şou Biznes / Ginnesin Rekordlar Kitabına düşən azərbaycanlı pornoulduz – FOTOLAR

Ginnesin Rekordlar Kitabına düşən azərbaycanlı pornoulduz – FOTOLAR

Dünya miqyasında tanınan azərbaycanlıların sayı kifayət qədərdir. Onların bəziləri elm, mədəniyyət, bəziləri isə idman sahəsində böyük uğurlar qazanıblar. Həmyerlimiz Muxtar Səfərov isə başqa bir özəlliyi ilə – anadangəlmə nəhəng cinsi orqanı ilə dünya məşhurluğu tapıb.

Azərbaycanlı oğlanın cinsi orqanı 28 santimetr uzunluğundadır və o, bu göstərici ilə dünyanın 3-cü ən böyük cinsi orqan sahibidir. Bu sahədə dünya rekordu amerikalı Con Falkona (34,5 sm), 2-ci yer isə afromaerikalı Frederik Lamonta (29,1 sm) məxsusdur.

Qeyd edək ki, Muxtar Səfərovun adı dünyanın ən böyük cinsi orqanına sahib kişisi olaraq “Ginnesin Rekordlar Kitabı”na da düşüb

Modern.az saytı bir müddət pornoaktyor, model və striptiz ustası kimi çalışan Muxtar Səfərov barədə informasiyanı təqdim edir.

Muxtar Səfərov 1979-cu il noybarın 13-də Bakıda anadan olub. Onun atası Əli Səfərov tanınmış memar və Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır.

Muxtar Səfərov Bakıda 134 saylı orta məktəbdə təhsillə yanaşı, intensiv idman məşqlərinə də gedib. 16 yaşında öz kikboksinq və bodibildinq karyerasını davam etdirmək üçün Moskvaya gedib və Rusiya paytaxtındakı məşq zallarından birində model agentliyi üçün yeni sima axtaran şəxslə qarşılaşıb.
Müsahibələrində Muxtar Səfərov həmin görüşdən sonra model kimi çalışmağa başladığını və alt paltarı reklamları üçün fotosessiyalara çəkildiyini deyib: “Rusiyanın ən məşhur model agentliyində işləməyə başladım. Bir neçə ay sonra Amerikanın “Boss Models” agentliyində iş təklifi aldım. Nəticədə müqavilə imzaladım və Nyu-Yorkda karyera qurdum”.

Bakılı oğlan “Boss Models”in rəhbəri Devid Bosmanla dostlaşdığını və onun sayəsində məşhur dizayner Jan Pol Qotye, Kelvin Klaynla tanış olduğunu xatırlayır.

Amma Muxtar Səfərovun əsas populyarlığı model deyil, onun pornoaktyor və striptiz ustası kimi tanınması ilə bağlıdır. O, 2000-ci illərdə Amerikada, sonralar bir müddət yaşadığı Braziliyada homoseksual porno videolarda (gey porno) və gey jurnallarında fotosessiyalarda çəkilib. Paralel olaraq, erotik səhnə şouları və striptiz proqramları ilə dünya ölkələrinə səyahətə çıxıb: “İlk filmə 2004-cü ildə Los-Ancelesdə çəkildim. Elə həmən il “İlin erotik ulduzu” adını qazandım”.

Muxtar Səfərov qohumlarının onun gey pornolarda çəkliməsindən narazı qaldıqlarını da gizlətməyib:

“Açığı, qohumlarımın çoxu sənətimə pis yanaşırlar. Özümü müsəlman saymasam da, anam və kiçik bacım fəlaiyyətimin erotik tərəfini qəbul edə bilmirdilər. Uzun müddət yaxınlarıma model olduğumu desəm də, sonradan hər şeyin üstü açıldı. Çətin olsa da, onlar seçimimlə barışdılar”.

Muxtar Səfərov deyir ki, onun bir film üçün qonorarı çəkiliş günündən asılı olaraq (3-4 gün) 15-20 min avro təşkil edir.

Amma model və striptiz ulduzu öz doğma şəhərini də unutmur. Muxtarov vaxt tapan kimi Bakıya gəlir və şəhərin tanınmış otellərində qalır.

Onun şəxsi həyatına gəlincə, Muxar Səfərov hələ subaydı. O, müsahibələrində bir neçə qadınla ciddi sevgi münasibətləri yaşadığını desə də, arzuladığı qızı hələ tapa bilmədiyin söyləyib:

“2007-ci ildə Latviyada erotika festivalında bir xanımla tanış oldum. O, Moskvada rəqqasəlik edirdi və festivaldan sonra ölkəsinə qayıtdı. Mən isə Londonda yaşayırdım. Sonradan məsafənin uzaqlığına görə onunla ayrıldıq. O, öz keçmiş sevgilisinə qayıtdı. Hazırda karyerama köklənmişəm”.

Bakılı model həyatında heç nəyə peşman olmadığını deyir: “Həyatımda heç nəyi dəyişməzdim. Əsas olan gördüyün işə görə şübhə keçirməməyindi. Həyatda uğur sirri hər zərbədən sonra ayağa qalxmaqdadı”.

Bu gün Muxtar Səfərov Moskva və Nyu-Yorkun əyləncə gecələrində və model biznesində əsas simalardan biri kimi tanınır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın