Cümə , Oktyabr 18 2019
Ana səhifə / Şou Biznes / Getmişdi kabab iyinə: Elariz Məmmədoğlu Bakıdakı əmlakını satır

Getmişdi kabab iyinə: Elariz Məmmədoğlu Bakıdakı əmlakını satır

Azərbaycanın populyar müğənnisi Elariz Məmmədoğlu ABŞ-a köçəndən sonra öz əmlakını satmaq qərarına gəlib.

O, içində üçotaqlı ev olan torpaq sahəsinin satış elanını özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. Məmmədoğlu artıq bir neçə aydır ki, Amerikada yaşayır. O, orada yaşayan azərbaycanlıların və türklərin toy məclislərində çıxış edir. Amma görünür, onun maddi çətinlikləri yaranıb və bu səbəbdən də Bakıdakı daşınmaz əmlakını satmaq qərarına gəlib.

Xatırladaq ki, müğənni 2018-ci ilin yazında green-card (Amerikada daimi yaşamaq hüququ verən sənəd) udub, lakin ABŞ-a getmək istəməyib. Ancaq müğənninin həyat yoldaşı onu ABŞ-a köçməyə inandıra bilib. Elariz Məmmədoğlu 1964-cü ilin 17 dekabrında Bakıda anadan olub. O, Azərbaycanın ən çox tələb olunan toy müğənnilərindən biridir. Elariz “Doroqa” (Yol), “Devuşka v pesoçnım sarafane” (Qum rəngli sarafanlı qız), “Guya”, “Sevgi nağılı” və s. kimi mahnıları ilə şöhrət qazanıb. (Sputnik)

Həmçinin oxuyun

Məleykə Əsədova: “Gənc qızları psixoloqa göndərin” – VİDEO

“Uşaqların o yaşıdır ki, ağılla sevə bilmirlər. Ya biri özünü öldürür, ya başqa şey edir. …