Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Get, kişin gəlsin” – Əməkdar artistlə prodüser Təranə arasında MÜBAHİSƏ

“Get, kişin gəlsin” – Əməkdar artistlə prodüser Təranə arasında MÜBAHİSƏ

Prodüser Təranə Səmədova ilə Əməkdar artist Vahid Əliyev arasında mübahisə yaranıb.

Gərgin anlar Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verlişində baş verib.

Belə ki, Təranənin Əməkdar artist Elza Seyidcahanla bağlı fikirlərinə aktyor etiraz edib:

“Azərbaycan qadınını təmsil edirsiz, danışığınıza fikir verin. Eşitməyi bacarın. Bakılılarda belə bir söz var, “Get, kişin gəlsin”. Qarşınızdakı insanı qiymətləndirin. Elza Seyidcahan əməkdar artistddir. Sizin ixtiyarınız yoxdur Azərbaycan sənətçisinə yuxarıdan baxıb, təhqir edəsiniz”.

Təranə isə aktyorun iradlarını cavabsız qoymayıb:

“Oğlunuzla bir yerdə böyümüşəm. Heç kimin ailəsində problemsiz heç nə olmur. Ağsaqqal kimi sizə hörmət qoyuram. Mənə səs tonunuzu qaldırmayın. Oğlunuzun da, qızınızın da keçdiyi taledən xəbərim var. Artıq danışmaq lazım deyil”. 

Bundan sonra Vahid Əliyev Təranə ilə bir verilişdə olmaq istəmədiyini deyərək, studiyanı tərk edib.

Lent.az

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …