Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Generalın “milyonçular məhəlləsi”ndəki milyonluq villası – FOTOLAR

Generalın “milyonçular məhəlləsi”ndəki milyonluq villası – FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi yaxınlığında yerləşən bir malikanəsinin fotoları yayılıb. 

Veteninfo.az iddia edir ki, fotolardakı qiyməti milyon dollarlala ölçülən bu maikanənin sahibi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovdur.

Bir məsələn diqqətinizə çatdırmaq istəyirik ki, Azərbaycanda müxtəlif tip məmurlar əmlak vergisindən yayınmaq üçün belə dəb-dəbəli daşınmaz əmlakları bəzən yxın qohumlarının,sürücülərinin və digər şəxslərin adına sənədləşdirərək gözdən pərdə də asa bilirlər. Daxil olan məlumatda iddia edilir ki, fotodakı malikanədə yaşayış yoxdur. Malikanənin qarajında 5 lüks avtomobil vardır ki, bu avtomobillərin ümumi dəyəri 500 yüz min manata yaxındır. Fotoları redaksiyamıza göndərilən malikanənin Arzu Rəhimovun Tahir adlı şəxsdən 1-il əvvəl 2-milyon manata alıb.

Daxil olan məlumatda qeyd edilir ki, hazırda malikanəyə Arzu Rəhimovun sürücüsü olmuş şəxs nəzarət edir.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın