Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Gecə yata da bilmirik. Kənd təhlükə altındadır” – VİDEO

“Gecə yata da bilmirik. Kənd təhlükə altındadır” – VİDEO

Qusarda selin fəsadları hələ də qalmaqdadır.
Qusarın Kuzun kəndində baş verən selin fəsadları qismən aradan qaldırılsa da təhlükəli vəziyyət davam edir.
RTV (Region TV) xəbər verir ki, Dağlıq ərazidə yerləşən yaşayış məntəqəsinin sakinləri son günlərdə yağan yağışlar nəticəsində kəndə yendiən sel gəldiyini bildirirlər. Nəticədə kəndə gedən iki yol bağlanıb. Yolun biri əraziyə cəlb olunan texnikaların köməyi ilə açılıb.
Kənd sakini Sayad çərkəzovanın sözlərinə görə, onların rahatlığı belə pozulub: “Dünən gecə yatmamışıq. O qədər sel gəlmişdi ki. Bu kəndə yağmamışdı. Ancaq dağlara yağıb. Otura da bilmirik”.
Digər kənd sakini Əbülfəz Bəşirov isə kənddə yağışın yağmasının belə təhlükəli olduğunu bildirib: “Kənd ümumiyyətlə təhlükə altındadır. Yağan kimi sel gəlir”
Evləri zərər görən sakinlərin müvəqqəti məskunlaşmaları üçün çadırlar quraşdırılıb. Lakin kənd sakinləri həmin çadırlarda yaşamaqdan imtina edib. Həmçinin sıradan çıxan elektrik və telefon xətləri yenidən bərpa olunub. Kənd də evlərin sel sualrından yararsız vəziyyətə düşməsinin əsas səbəbi də evlərin çiy kərpicdən tikilməsidir.
İyunun 24-də yağan güclü leysan yağışı nəticəsində Kuzun kəndində 26 evə ziyan deyib. Onlarda 2 ev yaşayış üçün yararsız vəziyyətə düşüb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın