Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Şou Biznes / “Gecə fotosuna baxdım, göz yaşlarım sel oldu” – İradə İbrahimova

“Gecə fotosuna baxdım, göz yaşlarım sel oldu” – İradə İbrahimova

“Ailə albomundan çıxan şəkil… O zamanlar hamı sağlam və həyatda idi. İnsanlar bir-birinə çox bağlı idi. Gecə göz yaşlarım sel oldu. Uzun-uzun baxdım bu şəkilə. Gecə yuxuma girdi, bu dəfə o səssizcə üzümə baxdı”.
Bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə paylaşıb. Atasının fotosunu yayımlayan sənətçi bunları əlavə edib:
“Bilirsiz, bu həyatda anamı başıma tac etdim, amma ən çox atamı sevdim. Bu aralar ağlım bu dünyadan köçənlərimdədir. İnsan qucaqlamağı, səslərini, söhbətlərini, gülüşlərini ən çox da əllərini və qoxularını özləyir. Sevdiklərimi əllərindən və iylərindən tanıyıram. O zamanlar yay tətilində çalışan valideynlər uşaqlarını ərzaqları ilə ana-ata ocağına yola salardılar. Bizim tətilimiz Göyçə mahalının Poladlı kəndindən başlayırdı”.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …