Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Gənclərin Bilik Olimpiadası” layihəsinin açılışı oldu

“Gənclərin Bilik Olimpiadası” layihəsinin açılışı oldu

“Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Gənclərin Bilik Olimpiadası” adlı layihəsinin açılış mərasimi keçirilib.

Azinforum.az-a daxil olan məlumata görə, dünən Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Bilik Olimpiadası” adlı layihənin açılış mərasimi və ilk yarışı keçirilib.

Layihənin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyin sədri Pərviz Mustafayev, İctimai Birliyin baş katibi Ləman Muradova, Azərbaycan Kooperasiya Universitetinin tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru İlham Hüseynov, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “Mənim təhsilim – mənim gələcəyim” kampaniyanın təsisçisi Rövşən Nəcəfov və fəal tələbələr iştirak ediblər.

Sonra “Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verib.

Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş “Mənim təhsilim – mənim gələcəyim” kampaniyanın təsisçisi Rövşən Nəcəfov elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat verib.

Rəsmi hissədən sonra “Gənclərin Bilik Olimpiadası”nın ilk mərhələsinə start verilib.

Qeyd edək ki, layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçiriləcək.

“Gənclərin Bilik Olimpiadası” layihəsinin açılışı oldu
“Gənclərin Bilik Olimpiadası” layihəsinin açılışı oldu

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın