Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes /  “Gənc nəslin tərbiyəsində üç addım: İnsan, Şagird, Vətəndaş!” layihəsinin icrasına başlandı

 “Gənc nəslin tərbiyəsində üç addım: İnsan, Şagird, Vətəndaş!” layihəsinin icrasına başlandı

Azinforum.az-ın xəbərinə görə, Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihənin məqsədi yuxarı sinif şagirdlərinin vətənpərvərlik duyğusunun gücləndirilməsidir.

Layihə vasitəsilə yeniyetmələrdə vətəndaşlıq və vətənpərvərlik mövqeyinin mənəvi-əxlaqi keyfiyyət və sosial dəyər kimi formalaşmasının təmin edilməsi və həyatın müxtəlif sahələrində aktiv və doğru şəkildə istifadə etmək bacarığının aşılanması nəzərdə tutulmuşdur.

 

l1

Layihə çərçivəsində seçilmiş məktəblilər üçün 3 günlük düşərgə təşkil edilmişdir. Düşərgədə məktəblilər üçün. Düşərgədə “Azərbaycanın müstəqillik tarixi”, “Heydər Əliyev və müstəqillik yolunda onun izi”, “Şəxsiyyətin formalaşmasında Azərbaycanın milli-mənəvi dəyərləri” mövzularında qrup şəklində, eyni zamanda şən və mütəhərrik oyunlar vasitəsilə də seminarlar keçirilib. Gənc məktəblilərə təlimlər vasitəsilə nümunəvi vətəndaş olmaq və dövlətçiliyimizin inkişafında töhfə vermənin yolları, tariximizin şanlı səhifələri haqqında məlumatlar aşılanıb.

Təlimlərin sonunda məktəblilərin iştirakı ilə yürüş təşkil edilib. Yürüş qrup rəhbərləri və təlimçilər tərəfindən müşayiət edilib. Təşkil edilən tədbirlərin məktəblilərin sosiallaşmasında və vətənpərvərlik hisslərinin yüksəldilməsində dəstək olub.

l2

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın