Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Gənc Demokratlar Hərəkatı” Nazirliyə müraciət etdi

“Gənc Demokratlar Hərəkatı” Nazirliyə müraciət etdi

“Gənc Demokratlar Hərəkatı” fəaliyyətini rəsmiləşdirmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. Bu haqqda Gənc Demokratlar Hərəkatının təsisçilərindən olan Rövşən Bəşirov məlumat verib. O bildirib ki, Gənc Demokratlar Hərəkatı çoxdan təsis edilib. “Qərara gəldik ki, fəaliyyətimizi rəsmişlədirək. Təşkilatın əsas hədəfi gənclərin Avropa dəyərləri mühitində inkişafı və formalaşması, o cümlədən ölkədə demokratik prinsiplərlə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin inkişafına və gənclərin ictimai aktivliyinə nail olmaqdan ibarətdir. Düşünürük ki, Azərbaycanda demorkatik dəyərlərin gətirililməsi və gənclərin aktivləşməsi qaçılmazdır. Bu gün Azərabycan gəncliyinin inkişafı, onların sosialşması üçün birgəfəaliyyət lazımdır. Əks halda işsizliyin artdığı bir dövrdə, gənclərə qayğı daha da artırılmalıdır”.

Qeyd etmək lazımdır ki, təşkilatın təsisçiləri Emin Bəşirli və Rövşən Bəşirov ölkədə QHT-lərin qeydiyyatına və fəaliyyətinə yaradılan maneələrdən məlumatlı olduqlarını, bununla belə ictimai birlik təsis etmək onların konstitusion haqları olduğunu bildiriblər. Təşkilatın təsis yığıncağında sədr seçilən Emin Bəşirli isə hüquqi müstəvidə mübarizə aparacaqlarını bildirərək təşkilatın qeydiyyatında israrlı olduqlarını qeyd edib. Sədrin bildirdiyinə görə təsis yığıncağında ona etimad göstərilib: Qarşıma qoyulan əsas vəziflərdən biri də təşkilatın strateji hədəfləri ilə yanaşı qanunvericiliyə uyğun İctimai Birliyi dövlət qeydiyyatına alınmasıdır”. E.Bəşirli Ədliyyə Nazirliyindən mənfi cavab alacaqları halda məhkəmə insansiyasına və əgər ehtiyac yaranarsa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın