Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Gəncədə qanunsuz dini məclis təşkil edənlər saxlanıldı

Gəncədə qanunsuz dini məclis təşkil edənlər saxlanıldı

Gəncədə qanunsuz dini məclis təşkil edən şəxslər saxlanılıb.

Kəpəz Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, polis idarəsinə şəhərin Əhməd Cavad küçəsi ev 47 ünvanında 5-i azyaşlı olmaqla 27 nəfərin iştirakı ilə “Yehovanın şahidləri” dini icmasının qanunsuz yığıncaq keçirməsi barədə məlumat daxil olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılan şəxslər polis idarəsinə dəvət olunub.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 299-cu (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndəriləcək.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın