Ana səhifə / Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışılıb

Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışılıb

İyulun 24-də Gəncədə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi və İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc bloggerlər Məktəbi” layihəsinin açılışı olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, hüquq müdafiəçisi Əhməd Şahidov, “Azxeber” saytının direktoru Əfsələddin Ağalarov, internet mütəxəssisi Azər Niftiyev və gənclər iştirak ediblər.

“Gənc bloggerlər Məktəbi” layihəsinin keçirilməsində məqsəd Gəncə şəhərində gənclərdən ibarət internet mediaya yaxından yiyələnən, internet media ilə bağlı bilikləri yüksək olan və internet medianın imkanlarından milli maraqlar naminə istifadəyə hazır olan gənclər qruplarının yaradılmasıdır.

Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən,  gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O, qeyd edib ki, gənclər onlara yaradılan şəraitdən yararlanaraq dövlətimizə və dövlətçiliyimizə öz sadiqliyini nümayiş etdirməli, hər sahədə olduğu kimi, virtual aləmdə, sosial şəbəkələrdə, informasiya sahəsində də fəallıq göstərməli, dövlətin həyata keçirdiyi tədbirlər, eləcə də Azərbaycanın üzləşdiyi problemlər haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etməlidirlər.

Müasir dövrdə internet medianın ən kütləvi təsir vasitəsi olduğunu bildirən şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov bu cür layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber” saytının direktoru Əfsələddin Ağalarov, internet mütəxəssisi Azər Niftiyev çıxış edərək, internetin açdığı imkanlar, bloqçuluq fəaliyyəti, onun əhəmiyyəti və informasiya savaşındakı rolu haqqında fikirlərini bildirib, təlimlərin Gəncədə blogger fəaliyyəti ilə məşğul olmaq istəyənlərə, xüsusən də gənclərə müəyyən təkan verəcəyini qeyd ediblər.

Daha sonra təlimlərə start verilib. Gənclər qarşısında çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov sosial media və onun əhəmiyyəti, gənclərin elektron təbliğat prosesində fəal iştirakı və Azərbaycanın milli maraqları naminə fəaliyyəti barədə geniş interaktiv məruzə söyləyib. Maraqlı diskussiya şəklində keçən müzakirələr zamanı gənclər öz təklifləri ilə çıxış edib, Azərbaycanın informasiya savaşında onların üzərinə düşən vəzifələrin icrası ilə bağlı fikirlər səsləndirilib.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın