Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Şou Biznes / “Gərək qəbrimi qazıb uzanam içinə“ – Aktrisa

“Gərək qəbrimi qazıb uzanam içinə“ – Aktrisa

“Deyirlər bəzən ki, ailə məsələləri ilə gündəmə gəlirsən. Məni ailə məsələmlə gündəmdən salmağa çalışdılar. Çünki seriallardakı rollarım uğurlu alınmışdı, tnınmışdım, sevilmişdim”.

Lent.az xəbər verir ki, bu sözləri ailəsi ilə küsülü olan əməkdar artist Sonaxanım Vəliyeva deyib.

Aktrisa qeyd edib: “Pərvanələrin rəqsi”ndə məşhurlaşdım. “Vicdan haqqı”ndakı obrazım isə partlayış oldu. Uğurlarımı həzm edə bilmədilər. Yəqin axır zamandır. Doğmalar mal-mülk üstündə bir-birlərindən ayrı düşürlər, mərhəmət etmirlər.

Allah ağlımı almaqdansa, canımı alsın. Özümə bir bunu arzu edirəm. Məni çox incitdilər. Amma unutmuşam gedib. İrəli baxmalıyam. Arxaya baxaraq qabağa getmək olmaz. Güclü olmalıyam. İşimlə-gücümlə irəli getməliyəm, balamın xoşbəxtliyi naminə. Yoxsa, gərək qəbrimi qazıb uzanam içinə”.

Həmçinin oxuyun

“Nisə Qasımova nankor insandır, ona haqqımı halal etmirəm”

“Nisə Qasımovanı Zeynəb Xanlarovanın yanına mən aparmışam. Onlar bəstəkar Ələkbər Tağıyevin evində görüşmüşdülər. Mən fortepianoda …