Bazar , Yanvar 23 2022
Ana səhifə / Şou Biznes / “Gənclər mahnılarımı düzgün oxumur, dəst-xəttimi pozurlar” – Xalq artisti

“Gənclər mahnılarımı düzgün oxumur, dəst-xəttimi pozurlar” – Xalq artisti

“Durğunluq da olsa, işsiz qalmıram. Hər zaman işdə-gücdə olmuşam. Yeni mahnılar yazdırıram, aranjiman etdirirəm. Köhnə mahnılara da yeni həyat vermək lazımdır. O köhnə variantda qalmalı deyil ki… Düzdü, elə mahnılarım olub ki, fikirləşmişəm ki, imkan olsaydı bunu 2-ci dəfə də yazdırardım. Bizim işimiz tamaşaçının zövqünü oxşamaqdır, amma bunu da bacarmaq lazımdır. Çünki onların çörəyini yeyirik, tamaşaçılara, dinləyicilərə minnətdarıq.

Bilirsiniz ki, Zenfira Əlişqızı mənim üçün “Zəngəzur” adlı mahnı yazmışdı, musiqisini də mən bəstələmişdim. Bu mahnımı hələ 2016-cı ildə oxumuşdum, görürsünüz ki, indi artıq bu məsələ aktualdır. Cənab prezidentimiz də hər zaman Şərqi Zəngəzur, Qərbi Zəngəzur məsələsini gündəmdə saxlayır. Əlbəttə ki, Zəngəzur dəhlizi açılacaq və mən bu mahnımı orada ifa edəcəyəm. Bu mənim ən böyük arzumdur”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib. O daha sonra mahnılarının gənc müğənnilər tərəfindən oxunmasına toxunub:

“Gənclər əksər mahnılarımı ifa edirlər. Amma bəzən sözlərini düzgün oxumurlar, musiqiçilər düzgün ifa etmirlər. Bir sözlə, mənim dəst-xəttimi pozurlar. Özlərindən iş düzəldirlər, guya yenilik etmək istəyirlər. O da mahnının fəlsəfəsini, ahəngini pozur. Yaxşı olar ki, mahnılarımı mənim oxuduğum kimi oxusunlar”, – deyə xalq artisti bildirib.

Həmçinin oxuyun

Tanınmış aktrisaya qarşı dələduzluq: “Məni məmur qohumları ilə hədələyirlər”

“Vicdan haqqı” serialının Larisası kimi tanınan aktrisa Çimnaz Sultanova dələduzluqla üzləşib. Sənətçi bu barədə sosial şəbəkə hesabında …