Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Gənc Tamaşaçılar Teatrında qalmaqal

Gənc Tamaşaçılar Teatrında qalmaqal

Gənc Tamaşaçılar Teatrının bir qrup tanınmış aktyor və rejissoru bundan sonra məvaciblərinin yarısını ala biləcəklər

“Ölkə.Az”-ın məlumatına görə, teatrın rəhbərliyi onlara bu barədə xəbərdarlıq edib.

Xalq artisti Yasin Qarayev sosial şəbəkədə etdiyi paylaşımda bikldirib:

“Bu gün teatrın rəhbərliyi yaşı yetmişi haqlamış və yetmişi keçmiş aktyorları üç-üç, dörd-dörd və həm də başqa saatlarda qəbula çağırtdırmışdı. Onların arasında xalq artisti və Prezidentin fərdi təqaüdçüləri olan Cənnət Səlimova, Ağaxan Salmanlı, mən, Vaqif Ağayev və başqaları var. Məlum oldu ki, sən demə ölkədə ağır maliyyə böhranı gedir. Odur ki, bu insanlar nisbi təminatlı olduqları üçün və həmçinin mədəniyyətə, incəsənətə böyük xidmətlərini nəzərə alıb, işdən çıxartmamaq şərti ilə yanvarın birindən yarım ştatla çalışacaqlar ki, ölkəni maliyyə böhranından çıxardaq”.

Sənətkar saytaın əməkdaşıyla söhbətində bu barədə danışıb:

“Bu qərarın nəyi məni qane edəcək? Bundan sonra yüz neçə manat məvacib alacağam. Onla da heç maşınla işə gələndə “parkovka”nın pulu çıxmır”.

Əməkdaş məsələylə bağlı teatrın direktoru Mübariz Həmidovla əlaqə saxlayıb. Həmidov danışa bilmədiyini deyərək, telefonu qapadıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın