Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Gəncənun yas mərasimlərində israfçılığa son: yalnız çay və halva veriləcək

Gəncənun yas mərasimlərində israfçılığa son: yalnız çay və halva veriləcək

Gəncədə, yas mərasimlərində çoxçeşidli yeməklərin verilməsi, israfçı süfrələrin təşkil olunması ənənəsinə son qoyulub.

Bu təklif şəhər fəallarıının yığıncağında bir qrup ziyalı tərəfindən irəli sürülüb və ciddi dəstək qazanıb.

Yas mərasimlərində din xadimləri də insanlara israfçılığın dinimizə görə haram olmasını, bir çox başqa xoş əməllərin də ehsan kimi qəbul olunduğunu izah edirlər.

Elə şəhər sakinləri də bu addımın yerində atıldığını və hər kəs tərəfindən anlayışla, rəğbətlə qarşılandığını deyirlər.

Bundan sonra Gəncədə yas mərasimlərində yalnız çay süfrəsi və halva veriləcək. Hətta ətraf rayonların sakinləri də bu təşəbbüsü dəstəkləyib və rəğbətlə qarşılayıblar. Gözlənilir ki, bu, digər rayon və şəhərlərdə də tətbiq edilsin.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın