Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Şou Biznes / “Gəncəlilər Naqifə və onun arxasında duran Elmar Vəliyevə yerini göstərməlidir”

“Gəncəlilər Naqifə və onun arxasında duran Elmar Vəliyevə yerini göstərməlidir”

Mən buradan qeyrətli Gəncə camaatına, ziyalılara, dəyərli şəhid ailələri, qazi, veteran qardaşlarıma, Gəncə gənclərınə, Gəncədə fəaliyyət göstərən YAP başda olmaqla siyasi partiyalara, QHT- lərə bir Qarabağ veteranı, müəllim, Azərbaycanin azadlığı və müstəqilliyi üğrunda, bu dövlətin qurulmasında, bu bayrağın qaldırılmasında kiçik də olsa xidmətləri olmuş Vaqif Əlisoy olaraq SİZƏ müraciət edirəm.

Dəyərli qardaşlar, analar və bacılar, bu gün Gəncə adına ləkə gətirən üzücü bir olay baş vermişdir. Gəncədən deputat ( millət vəkili yox) təyin olunmuş Naqif Həmzəyev adlı birisi bu dövlətin qurucusu, ulu öndər, bu dünyadan köçəndə də “Azərbaycan, Azərbaycan, can Azərbaycan” – deyərək gözlərini yuman Məmmədəmin Rəzulzadəni öz ailə tərbiyəsinə uyğun olaraq çox ağır formada təhqir etmışdir. Mən onun səviyyəsinə enib yazdıqlarını və dediklərini burda yazıb qanınızı qaraltmaq istəmirəm. Mən yüz faiz əminəm ki, bu adam gəncəli ola bilməz və SİZ onu seçməmisiniz. Bu adam Gəncə camaatını MM – də təmsil edə bilməz və bu adam Gəncə adına bir ləkədir. Bu adamın çıxışı birbaşa təxribatdir və ölkə vətəndaşlarını, siyasi qüvvələri qarşı – qarşıya qoymaq cəhdidir, sabitliyin pozulmasına səbəb ola biləcək bir hadısədir.

Sübhəsiz, bunun da arxasında duran Gəncə İH başçısı Elmar Vəliyevdir. Əgər belə olmasaydi, M. Rəsulzadənin başına çuval keçirilmiş büstü bu gün də o vəziyyətdə qalmazdı və bu Naqif də “M. Rəsulzadəni çox istəyirsinizsə aparın heykəlini Türkiyədə qoyun və ya M. Rəsulzadə yaxşı kişi idisə, arvadını qoyub qaçmazdı” – kimi ifadələr işlətməzdi.

Yazıqlar olsun bizə. Çox danışmaq və yazmaq istəmirəm. Sizə böyük inam bəsləyərək günü sabahdan bu adamın MM üzvlüyündən geri çağrılması və mandatının ləğv edilməsi üçün kampaniyaya başlamağa çağırıram. O, tək M. Rəsulzadəni deyil, 50 milyonluq Azərbaycan türkünu, bu dövlət uğrunda döyüşmüş, əlil və şəhid olmuş əzizlərimizi təhqir etmişdir. Ona görə bu məsələdə bütün xalqımız SİZİ müdafiə edəcək və arxa duracaq. Biz Qorxmaz Əlili və keçmış deputat Etibar Hüseynov məsələsində bu birliyi göstərmişik və onları millətin ayağına gətirmişik. Güman edirəm Naqif və onun arxasında duran Elmar Vəliyevə gəncəlilər yerin göstərəcək. M. Rəsulzadənın abidəsi layiq olduğu yerdə qoyulacaq, günahkarlar layiqli cəzasını alacaq”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın