Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Şou Biznes / Gəncə məscidləri şəhər rəhbərliyi tərəfindən iki günlük qapadılıb

Gəncə məscidləri şəhər rəhbərliyi tərəfindən iki günlük qapadılıb

Məhərrəm ayının doqquzuncu və onuncu günləri Həzrəti Hüseynin matəmi münasibətilə məcidlərə axışan insanları şəhər rəhbərliyi Gəncədən 7 km aralıda yerləşən İmamzadə türbəsinə yönəldib.

Bu barədə musavat.com-a Gəncə sakinləri məlumat verib. Şəhər rəhbərliyi heç bir məhdudiyyətin olmamasını, əksinə İmamzadə kompleksində hər cür şəraitin təmin edildiyini, şəhər sakinləri üçün ödənişsiz avtobusların ayrıldığını desə də, bu addım birmənalı qarşılanmır. Adının açıqlanmasını istəməyən şəhər sakini musavat.com-un müxbirinə bildirib ki, hər bir halda belə hallar anormaldır: “Məscidlər həm də namaz qılmaq üçündür. Belə olan halda insanların məscidlərdə namaz qılması üçün də məhdiyyət qoyulmuş olur. Ölkənin başqa heç bir yerində belə qadağa tətbiq olunmayıb. Bu hal həm də şəhər icra başçısı Elmar Vəliyevin dinə islamafobik baxışından qaynaqlanır. Keçirtdiyi iclaslarda və şəhər axundlarıyla davranışlarında da bu aydın şəkildə sezilir”.

Musavat.com Gəncənin rəsmi qurumlarının da mövqeyini dərc etməyə hazırdır.

Həmçinin oxuyun

“Bu günü unutmayacağam” – Tünzalə Ağayeva

Müğənni Tünzalə Ağayeva “Xalq artisti” fəxri adı almasından danışıb. İfaçı ölkə başçısına təşəkkür edib: “Bu …

Bir cavab yazın