Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Şou Biznes / Gəncə İcra Hakimiyyəti işsizlərin sayını gizlədir…

Gəncə İcra Hakimiyyəti işsizlərin sayını gizlədir…

2015-ci ildə Azərbaycanın üçüncü sənaye şəhəri olan Gəncənin sənaye müəssisələrində işləyənlərin sayı 1279 nəfər azalıb. Gəncə Şəhər İcra Hakimiyyətinin illik hesabatında deyilir ki, şəhərin sənaye sektorunda 4875 nəfər çalışır. Beləliklə, 330 minə yaxın əhalisi olan şəhərdə təkcə ötən il sənaye sahəsində çalışanların sayı 20,8% azalıb. Son on ildə Gəncənin sənaye müəssisələrində 6350 nəfər işdən çıxarılıb. Sumqayıt işçilərinin vəziyyəti bir qədər “yaxşıdır”. Belə ki, 2005-2014-cü illərdə Sumqayıtda 1129 işçi yeri bağlanıb. Müqayisə üçün qeyd edək ki, ümumilikdə 2005-2014-cü illərdə Bakının sənaye müəssisələrində 1527 iş yeri azalıb (Turan).

Gəncə ŞİH-də İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxs olan Həsən Məmmədovun dediklərinə görə, “Turan”ın yaydığı informasiya həqiqətə uyğun deyil. “Gəncədə iş yerlərinin bağlanmasına dair bizdə məlumat yoxdur”, – deyə H.Məmmədov bildirib. Etiraf edək ki, Həsən Məmmədovun bəyanatı bizi heyrətləndirdi. Bu gün Azərbaycanda iqtisadi böhran hökm sürür və minlərlə işsiz vətəndaş ailəsinə bir tikə çörək qazanmaq üçün iş axtarışındadır.163_prava4-bella-3 Doğrudanmı, işsizlik problemi Gəncədən yan keçib? Gəncə Məşğulluq Mərkəzinin əməkdaşları meriya təmsilçisinin fikirlərini təkzib etdilər. Ordan bizə bildirdilər ki, GMM-ə keçən il müraciət edən şəxslərdən 2093 nəfər işsiz qalıb. Hüquq müdafiəçisi Səadət Bənənyarlının fikrincə, müvafiq dövlət qurumları aydınlaşdırmalıdır, niyə Gəncə meriyası ictimaiyyətdən iş yerlərinin bağlanmasını gizlədir? Biz Gəncədə 1279 iş yerinin bağlanması barədə xəbər verən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevdən xahiş etdik ki, meriya rəsmisi Həsən Məmmədovun açıqlamasını şərh etsin.skachanny-e-fajly-1-167

“Bu informasiyanı biz rəsmi qaynaqlardan götürmüşük”, – deyə Mehman Əliyev kavkaznews.az saytına bildirdi. O vurğuladı ki, bu informasiyanın sübutu kimi, Gəncədə bu yaxında keçirilən əmək yarmarkasını göstərmək olar. “Bu yarmarkaya iş tapmaq üçün minlərlə insan gəlmişdi. Gəncə İcra Hakimiyyəti hadisələrin belə gedişatına hazır deyildi. Yarmarka nizam-intizamı qorumaq üçün polis dəstələri cəlb etməli oldular”, – deyə M.Əliyev qeyd etdi.

 

Həmçinin oxuyun

“Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

Kasıblarla bağlı fikrinə görə tənqid atəşinə tutulan aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib. Sosial …

Bir cavab yazın