Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Gəlin məmurların, oliqarxların oğlanlarının hərbi xidmətə çağırılmasını tələb edək” – ÇAĞIRIŞ

“Gəlin məmurların, oliqarxların oğlanlarının hərbi xidmətə çağırılmasını tələb edək” – ÇAĞIRIŞ

“Bir daha hamıya müraciət edirəm, sosial şəbəkələrin imkanlarından istifadə edib ictimai fikir, ictimai nəzarət, ictimai qınaq, ictimai dəstək anlayışlarının cəmiyyətdəki rolunu göstərək. Bunun üçün birinci özümüzdən başlayıb, sonra məmurlardan tələb edək. Bu, ölkədə özlərini siyasi, ictimai fiqur sayanlar nümunə olmalıdırlar.

Siftəsini özüm edirəm. İki oğlum var. Hər ikisi qanun nəzərdə tutduğu qaydada hərbi xidmət keçiblər. Böyük oğlum ABŞ-da bakalavr təhsilindən sonra hərbi xidməti keçmək üçün vətənə qayıdıb. Hərbi xidmətdən sonra yenidən işləmək üçün xaricə qayıdıb.

Bundan sonra Azərbaycan nazirlərinin, Millət vəkillərinin, oliqarxların oğlanlarının hərbi xidmət keçib keçmədiklərini ictimailəşdirək. Tələb edək ki, özləri bunu elan etsinlər.”

Aslan İsmayılov, tanınmış hüquqşunas

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın