Bazar , Noyabr 28 2021
Ana səhifə / Şou Biznes / “Gəlin evə gələndə istədim özümü yığışdırım, alınmadı“ – Əlikram

“Gəlin evə gələndə istədim özümü yığışdırım, alınmadı“ – Əlikram

Müğənni Əlikram Bayramov “Tam vaxtıdır” verilişində qonaq olarkən maraqlı açıqlamalar verib. 

İfaçı qayınata olduqdan sonra həyatının daha gözəl olduğunu bildirib: 

“Evə gəlin gətirəndə həyatım dəyişdi. Evimdə qız olmayıb, bir oğlum olub. Qayınata olmaq çox gözəl hissdir. Oğluma 3 gün toy etdim. Qonaqlar çox idi deyə, bir məkana sığdıra bilmədim. Gəlin evə gələndən sonra ab-havam dəyişdi. Əvvəl deyib-gülən idim, istədim özümü yığışdırım, amma alınmadı. Gördüm ki, öz həyatımın cığırından çıxıram. Həyatda süni olub yaşamaqdansa, özün olub yaşamaq daha gözəldir”. 

Həmçinin oxuyun

Məşhur müğənni Gülbahar Şükürlünün qızıl qolbağını oğurladı: “Çantasında gördüm”​ (VİDEO)

ARB TV-nin​ “Onun Sirri”​ verilişinin növbəti qonağı Əməkdar artist​ Gülbahar Şükürlü​ olub.Qarmon ifaçısı, məşhur xanım …