Bazar , Yanvar 17 2021
Ana səhifə / Şou Biznes / Gələn ildən reytinqli türk serialları pullu yayıma keçəcək?

Gələn ildən reytinqli türk serialları pullu yayıma keçəcək?

Türkiyənin aparıcı KİV-lərində 2019-cu ildən telekanallarda yayımlanan reytinqli serialların pullu  əsaslarla olacağı barədə xəbərlər yayılıb.

Oxu.Az Haberler.com-a istinadən xəbər verir ki, tamaşaçıların pulsuz telekanallarda gün ərzində yalnız bir serial izləyə biləcəyi iddia olunur.

Yüksək reytinqli serialları izləmək üçün isə pullu telekanallara abunə olmaq lazım gələcək. Buna səbəb serialların yayım vaxtının uzun olması və kanallarda ard-arda bir neçə serialın verilməsidir.

Xəbərdə hər telekanalda rəhbərliyin seçiminə uyğun olaraq bir serial nümayiş olunacağı da iddia olunur.

Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …