Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Füzuli Ələkbərov cüdoçulara neçə aydır maaş vermir

Füzuli Ələkbərov cüdoçulara neçə aydır maaş vermir

Dünən Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilib.

SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasının yeni prezident təyin edilib. Bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, “İmprotex” şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi.

Dünən iclasda iştirak edən müstəqil Azərbaycanın ilk olimpiya çempionu, cüdoçu Nazim Hüseynov azvision.az-a açıqlamasında Rövnəq Abdullayevin Cüdo Federasiyasına prezident seçilməsinin doğru seçim olduğunu bildirib.

Olimpiya çempionu deyib ki, idmançılar hələ 2009-cu ildən Füzuli Ələkbərovdan şikayətçi idilər: “Düşünürəm ki, bundan sonra məşq proseslərimizdə heç bir problem olmaz. Sonuncu dəfə idmançılarımızla Astanada dünya çempionatına getmişdim. Elə də hazır deyildilər. Bundan sonra problem olmaz və məşqlərə daha ürəklə qatılarlar”.

İdmançıların maaş probleminə gəlincə isə N.Hüseynov bildirib ki, cüdoçular hələ də maaşlarının hamısını ala bilməyib: “İdmançıların bir neçə aylıq və həvəsləndirici maaşları qalıb. Gələn həftə Rövnəq müəllimin başçılığı ilə iclas keçiriləcək və yəqin ki, maaşlar orada veriləcək. Həmçinin iclasda məşqçilər də dəyişiləcək. Belə ki, məşqçinin idmançı olacağı deyilir. Amma kimin olacağı barədə dəqiq məlumatım yoxdur”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın