Ana səhifə / Şou Biznes / Fuad Poladovun istefası qalmaqala səbəb oldu

Fuad Poladovun istefası qalmaqala səbəb oldu

Aktyor Hikmət Rəhimovun işdən çıxarılması, ona dəstək olaraq xalq artisti Fuad Poladovun teatrı tərk etməsi Akademik Milli Dram Teatrının aktyorları ilə YUĞ teatrının yaradıcı heyyətini üz-üzə qoyub.

“Azdrama”nın aktyoru, xalq artisti Ramiz Məlik yaranan qalmaqalda YUĞ-çuları ittiham edib. O, hətta Fuad Poladovun teatrdan getməsinə münasibət bildirən YUĞ teatrının baş rejissoru Gümrah Öməri günahlandırıb.

“YUĞ-çu, otur yerində, sənin Fuad haqqında fikir söyləməyə nə qabiliyyətin çatır, nə biliyin, nə də “sənət”in. Bütün bu həngamələr İsrafil İsrafilovun vaxtında, beş il müdətində YUĞ-çuların “Azdrama” ya buraxılması nəticəsində oldu. Teatrın suyunu bulandıran siz YUĞ-çular oldunuz”,- deyə o deyib.

YUĞ teatrının baş rejissoru Gümrah Ömər aktyorun tənqidlərinə cavab verib: “O insanın şəxsi fikridir. Mən təssüf edirəm ki, o, elə bir şey düşünür, deyir. Əsası varsa, buyursun danışsın. Onlarla qətiyyən pis münasibətimiz olmayıb, olmayacaq da. Onlar bizim sənətçi dostlarımızdır. Kimsə nəsə deyibsə, biz ona heç nə deyə bilmərik. Bizim kollektivə sayğımız, hörmətimiz böyükdür. Düşünürlərsə ki, biz teatrın işlərinə qarışırıq, teatrın rəhbərliyindən soruşa bilərsiniz ki, biz nə dərəcədə onların işinə qarışırıq.

Ramiz Məlik dediyiniz adamla şəxsi tanışlığım yoxdur, rastlaşmamışam, tanımadığım insan haqqında nə deyə bilərəm ki? Bizi yaradıcılıq maraqlandırır. Qalmaqal yox. Teatrda çoxlu problemlər var. Yaradıcılıq, tamaşaçılarla bağlı problemlərimiz var, onları həll etməyə çalışırıq. Bizim bundan başqa nə işimiz ola bilər ki?!”. (AzVision.az)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın