Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Fuad Poladov teatrından istefa verməyib? – AÇIQLAMA

Fuad Poladov teatrından istefa verməyib? – AÇIQLAMA

Azərbaycanın tanınmış aktyoru, Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından istefa verməsi ilə bağlı müxtəlif məlumatlar dolaşır. Xalq artistinin həmkarı Hikmət Rəhimova dəstək məqsədilə bu addımı atdığı deyilir.

Bu haqda teatrdan uzaqlaşdırılan aktyor Hikmət Rəhimov “Facebook” səhifəsində yazıb, aktyora dəstəyinə görə təşəkkürünü bildirib.

Xalq artistinin istefasını təqiqləşdirmək üçün Akademik Milli Dram Teatrı ilə əlaqə saxladıq. Teatrdan AzVision.az-a bildirilib ki, Fuad Poladov istefa verməyib, bu haqda yayılan məlumatlar yalnışdır.

Teatrdan həmçinib qeyd edilib ki, Fuad Poladov oktyabrın 28-də “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında, sonrakı gün isə “Şah Qacar” tamaşasında çıxış edəcək.

Xalq artisti əməkdaşımzla söhbətində istefa verdiyini təsdiqləməyib. O, sabah “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında çıxış edəcəyini deyib.

“Sabahkı rolumu oynayacağam. Bundan sonrakı rollarım haqqında isə heç nə danışmaq istəmirəm”,-deyə F.Poladov qeyd edib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın