Ana səhifə / Şou Biznes / “Fuad Poladov gedirsə, özü bilər” – Azərpaşa Nemətov

“Fuad Poladov gedirsə, özü bilər” – Azərpaşa Nemətov

Xəbər verdiyimiz kimi, xalq artisti Fuad Poladaov “Azdrama”dan istefa verdiyini bildirib.

O , bu addımını sənət yoldaşı, aktyor Hikmət Rəhimova dəstək məqsədi ilə atdığını və sabah teatrın səhnəsində sonuncu tamaşasını oynayacağını deyib.

Məsələ ilə bağlı teatrın baş rejissoru və bədii-rəhbəri Azərpaşa Nemətovun mövqeyini öyrənməyə çalışdıq.

A.Nemətov AzVision.az-a açıqlamasında Fuad Poladovun işinə qarışmadığını deyib.

“Fuad Poladov özü gedəcəyini təsdiqləyib. Bu, onun seçimidir. Mən bu məsələyə qarışmaq istəmirəm. Fuad Poladov özü bilər, öz işidir. Mən qarışmıram, sadəcə seçiminə hörmətlə yanaşıram”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın