Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Şou Biznes / Fuad Əlişovun keçmiş xanımı: “O göstəriş üçün sevgilisinin…” – VİDEO

Fuad Əlişovun keçmiş xanımı: “O göstəriş üçün sevgilisinin…” – VİDEO

Aktrisa Sevinc Əliyeva şəxsi həyatından danışıb.

Musavat.com saytına açıqlama verən aktrisa bildirib ki, ikinci dəfə ailə qurmağı düşünmür: 

“Uşaqlarım böyükdür, 10 il sonra qızımı ərə verəcəyəm. Bundan sonra ailə qurmağı düşünmürəm. 34 yaşım var, bir xanım kimi xoşbəxtəm. Məni uşaqlarımın xoşbəxtliyi xoşbəxt edir. Vacib deyil ki, ailə qurum. Düşünürəm ki, uşaq bir valideyn görməlidir. İkinci dəfə ailə qurmağı düşünmürəm”.

Sevinc keçmiş həyat yoldaşının sevgilisi ilə foto paylaşmasına da münasibət bildirib: “Fuadla münasibətlərimiz tam normaldır. Mən olmayanda o uşaqları dərsə aparır, o olmayanda mən aparıram. O ciddi adamdır. O heç vaxt göstəriş üçün, foto paylaşmaz. Ümumiyyətlə, heç nə etməz. O onun şəxsi həyatıdır, Fuada xoşbəxtlik arzu edirəm”.

Aktrisa yerli filmlərin keyfiyyətindən də danışıb: “Vaxt sıxlığından hamısını izləyə bilmirəm. Əvvəllər komediyalarımızı pisləyirdilər ki, yaxşı zarafatlar etmirlər. Amma zamanla o tənqidlər yığışdırıldı. Dram janrında çəkilən filmlərin sayı artdı. Bu da məni sevindirir. Xarici dram filmlərini tamaşaçı sevərək izləyir. Bizdə niyə olmasın? Hazırda tək problemimiz ssenari qıtlığıdır. Çox gözəl ssenarilər yazan gənclər var. Onların da əhatəsi geniş deyil ki, üzə çıxsınlar”. 

S. Əliyeva mənfi qadın obrazını canlandırmaq istədiyini də bildirib: “Həmişə yazıq, yetim qızı oynamışam, məni gah tərk ediblər, gah ağladıblar. Deyirlər, məsum siman var, sənə müsbət obraz yaraşır. Deyirəm, məsum pis ola bilməz? Çox istəyirəm ki, mənfi qadın obrazını canlandırım”.

Həmçinin oxuyun

Elza Rozanı məsxərəyə qoydu: “Fiquranla məşğul ol”

Müğənni Roza Zərgərli mərhum xalq artisti İlhamə Quliyevanın taxtına göz tikib.AzNews.az xəbər verir ki, Roza Zərgərli …