Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Formula 1” zamanı 100-dən çox insan həkimə müraciət edib

“Formula 1” zamanı 100-dən çox insan həkimə müraciət edib

“Bakıda “Formula-1” yarışları zamanı ərazidə olan təcili tibbi yardıma 100-dən artıq müraciət daxil olub”.

Bu barədə AzVision.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, könüllülər və marşallar üstünlük təşkil edib.

“Bizə müraciət edənlər arasında yerli vətəndaşlar üstünlük təşkil edib. Müraciətlərin çoxu baş, çiyin və göz ağrıları ilə bağlı olub. Günvurma ilə bağlı müraciət daxil olmayıb. Yarış iştirakçılarından isə təcili tibbi yardıma müraciət edən olmayıb”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi iyunun 17-dən 19-dək Bakıda keçirilən Formula-1 yarışları zamanı idmançılara yardım göstərilməsi üçün 12 tibbi yardım briqada ayırmışdı. Həmin briqadalar yolboyu xüsusi döngələrdə, təhlükəli zonalarda fəaliyyət göstəriblər. Eyni zamanda, ayrı-ayrı ixtisaslaşmış tibb müəssisələrindən 11 həkim yarış ərazisinə ezam olunmuşdu.

Dəniz vağzalının yaxınlığında isə beynəlxalq tələblərə uyğun klinika açılmışdı ki, orada 30-a yaxın tibb işçisi çalışıb. Bu tibbi heyət ən yüksək hazırlıqlı cərrahlar, travmatoloqlar və rentgenoloqlardan ibarət olub. Tamaşaçılara və qonaqlara 6 səyyar tibbi briqada xidmət edib. Bundan əlavə, 9 məntəqədə həkim və feldşerlər növbə çəkib. Azərbaycan Tibb Universitetinin 75 könüllüsü də tamaşaçılar arasında olub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın