Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Flora Kərimovanın qızı: “Yoldaşımla anam hələ də bir-birilərini görməyiblər“

Flora Kərimovanın qızı: “Yoldaşımla anam hələ də bir-birilərini görməyiblər“

Xalq artisti Flora Kərimova “Həmin Zaur” proqramında qonaq olub.

Belə ki, verilişdə müğənniyə sürpriz edilib. Belə ki, efir zamanı Kərimovanın xaricdə yaşayan qızı Zümrüd zəng edib. Müğənni qızının səsini eşidərkən göz yaşlarını saxlaya bilməyib. O bildirib ki, pandemiyaya görə övladlarını görmür.

İkinci dəfə ailə quran Zümrüd anası ilə həyat yoldaşının hələ görüşmədiyini deyib:

“Ailə qurandan sonra hələ Azərbaycana gələ bilməmişəm. Çox fikir edirik. Yoldaşımla anam hələ də bir-birilərini görməyiblər. Ağrılı mövzudur. İnşallah, gələn il alınar. Londonda yaşayıram, işləyirəm. Psixoloq köməkçisiyəm”. 

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …