Ana səhifə / Şou Biznes / Flora Kərimovanın iddiasına sərt cavab: “Dilini kəsmək lazımdır”

Flora Kərimovanın iddiasına sərt cavab: “Dilini kəsmək lazımdır”

“Hər ikisi böyük sənətkardır. Flora xanımla 18, Zeynəb xanımla 22 yaşım olanda tanış olmuşam. İkisi də mərd xanımdır, onların arasına girən adamın dilini kəsmək lazımdır. Onun bir adı var: şeytan”

Xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbov Flora Kərimovanın Zeynəb Xanlarova haqqında söylədiyi açıqlamaya münasibət bildirərkən belə deyib.

Bəstəkar Zeynəb Xanlarovanı böyük sənətkar adlandırıb:

“Zeynəb xanım dünya çapında məşhur olan istedadlı sənətkardır. O, qazandığı uğurlara görə Ələkbər Tağıyevə yox, Allaha borcludur. Heç kimin də çörəyini yemir. Alın təriylə qazandığı çörəyi yeyir. Zeynəb bizim milli sərvətimizdir, onu qorumalıyıq, ona daş atmamalıyıq. Zeynəb xanım yüzminlərlə tamaşaçısı olan zalı dolduran bir sənətkar olub. Mən inanmıram Flora xanım onun barəsində belə açıqlama versin”.

Qeyd edək ki, F.Kərimova belə deyib: “Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur”. O bildirib ki, SSRİ xalq artistliyinə namizədlər arasında Zeynəb Xanlarovanın yox, başqa adamların adı var idi: “Sadəcə o elə şeylər etdi ki, vəziyyət onun xeyrinə dəyişdi. Ona çörəyi verən verib. Zeynəb Xanlarova hələ də o çörəyi yeyir”.

Flora Kərimova deyir ki, illər öncə onu aşağılayıb təhqir etmək istəyənlər arasında Zeynəb Xanlarova da var idi. “Camaatı öyrədib zəng elətdirirdi mənə. Məni təhqir edirdi onun adamları. İlhamə də bu yolu ondan öyrənmişdi”.(Publika.az)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın