Ana səhifə / Şou Biznes / Flora Kərimova məhkəməyə verildi

Flora Kərimova məhkəməyə verildi

Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

İddiada Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilib.

Xüsusi ittihamçı Ülviyyə Alovludur. O, müğənninin ona böhtan atdığını əsas gətirərək həbsini tələb edir.

Həmin iş Nəsimi rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 2-ə təyin edilib.

Flora Kərimovanın vəkili APA-ya bildirib ki, məhkəmə tərəfindən bildirişlər və şikayətin məzmunu onlara çatmayıb.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …