Bu barədə AzNews.az-a onun özü məlumat verib. Sənətkarın sözlərinə görə, sağ gözündə problem yaranıbmış:

“Sol gözüm əməliyyat olumuşdu. Sağ gözüm narahatlıq verirdi. Sağ gözümün əməliyyatı soldan daha mürəkkəb keçdi. Görünür orada proses daha çox inkişaf eləmişdi. Amma sağ olsun həkimlər bunun öhdəsindən layiqincə gəldi.”

Flora Kərimova qeyd edib ki, hazırda özünü yaxşı hiss edir: “Yüz metr məsafədə kimin olduğunu rahat görürəm.”