Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Şou Biznes / Flora Kərimovadan İlhamə Quliyeva ilə bağlı şok sözlər

Flora Kərimovadan İlhamə Quliyeva ilə bağlı şok sözlər

“İlhamə Quliyeva hamilə idi, özü də gizlətmirdi. Paltarını dartırdı ki, halı görünsün”.

Bu sözləri Xalq artisti Flora Kərimova “Onun sirri” verilişində deyib:
“Hər qadın kimi ərə getmək istəyirdi. Onu da bacardı, birinci dəfə Faiq adlı oğlana ərə getdi. Çox yaxşı oğlan idi. Ümumiyyətlə, övladı olmalı idi. Xəstəxanaya getdi. İki aydan sonra mən də Zümrüdümlə oradaydım. Çox şeylər eşitdim. Təəssüf ki, xəstəxanaya cüt gəldi, amma tək çıxdı. Bilərəkdən tələf etdi. Çünki həmin adam söz də verməmişdi”.

Sənətçi mərhum Xalq artisti İlhamə Quliyevanın bunu nə üçün etdiyinə isə belə aydınlıq gətirib:

“Hər bir qadın kimi İlhamə ana olmaq istədi. Düşünürəm ki, ünvansız uşaq dünyaya gətirmək istəmədi. Bəlkə də, perespektivsiz münasibətə görə bunu etdi. Nə qədər acıdil, acıqanlı olsa da, qadındır. O da bir ocaq sahibi olmaq istəyirdi. Ancaq qisməti qismət, xasiyyəti isə xasiyyət deyildi”.

Həmçinin oxuyun

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Yeni növ koronavirusa (COVİD-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində müsbət dəyişiklik yoxdur. Bu barədə APA-ya …