Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Flora Kərimova: “Zeynəb Xanlarovanın ifası ilə heç zaman razılaşmamışam” 

Flora Kərimova: “Zeynəb Xanlarovanın ifası ilə heç zaman razılaşmamışam” 

“Mənim nəslimin müğənniləri – Sara Qədimova, Akif İslamzadə, Hüseynağa Hadiyev, Şövkət Ələkbərova, Rübabə Muradova, İlhamə Quliyeva olub. İlhamə pis oxumurdu, amma xasiyyəti çətin idi. Zeynəb Xanlarova da mənim nəslimdən olan müğənnilərdəndir. Baxmayaraq ki, onun ifası ilə heç zaman razılaşmırdım. Mən normal musiqiyə öyrəşmişəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu “Фруктовый чай с Саусан” verilişində deyib.

Sənətkar ömrünün sonuna qədər onunla düşmənçilik aparan mərhum Xalq artisti İlhamə Quliyevadan danışıb.

Kərimova bildirib ki, Quliyeva gözəl müğənni olsa da, xasiyyətinin çətin olması ona ömür boyu əziyyət verib:

“İlhamə Quliyeva çox yaxşı müğənni idi. Amma xasiyyəti çətin idi. Bu mənim fəlsəfəmdir. Hesab edirəm ki, Allah onu belə görmək istəyirdi. Buna görə İlhamə əziyyət çəkirdi. Bunu görüb əziyyət çəkirdi. Mən onun bacıları ilə tanış idim.

Onlar İlhamənin tam əksidirlər. Bacılar hətta xarici görkəmləri ilə İlhaməyə bənzəyirdilər. İlhamənin xasiyyətinin belə çətin olmasını Allah etmişdi. Bu, şüurdur. Onu isə Allah belə edib. Allah hamını eyni görmək istəmir. Hamını yaxşı və ya hamını eyni pis görmək istəmir. O, sadəcə bizimlə oynayır. Bu qədər…”

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …