Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Şou Biznes / Flora Kərimova: “Yıxıldığım üçün hər kəs təşvişə düşdü”

Flora Kərimova: “Yıxıldığım üçün hər kəs təşvişə düşdü”

Yeni il ərəfəsində vanna otağında yıxılıb, xəstəxanaya yerləşdirilən xalq artisti Flora Kərimova səhhətindən danışıb.

Musavat.com saytına açıqlama verən xalq artisti özünü yaxşı hiss etdiyini deyib: “Xəstəxanada deyiləm, artıq evdəyəm. 28-i vanna otağında yıxıldım, əzələlərim əzildi. Çox ağrı çəkdim, amma xəstəxanaya getmədim. Ağrı keçmədiyi üçün 2-3 gün sonra qohumum məni Travmatologiya və Ortopediya İnstitutuna apardı, rentgen olundum. Daha öncə belimdə sınıq olmuşdu. Ona görə hamı təşvişə düşdü. Elə bildilər ki,  onurğa sütunum, fəqərələrim sınıb. Qızım, oğlum da xəbər tutub, narahat olublar. Şükür allaha ki, nə sınıq, nə çat oldu. Allah daim çətin gündə yanımdadır. Həkim müayinəsindən sonra bağa gəldim. Axşamlar ağrım olur. Ümumi olaraq yaxşıyam. Evdə gəzirəm, aktivəm. Həkim deyib, çox gəzmə, özünə diqqət et. Mən də tez sağalmağa çalışıram. Düşünürəm ki, 1 həftədən sonra daha yaxşı olacağam. Sevənlərim mənim üçün narahat olublar.  Çoxu zəng edir, hal-əhval tutur. Onlara təşəkkür edirəm. heç kim narahat olmasın, hər şey yaxşıdır”.

 

Həmçinin oxuyun

“Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

Kasıblarla bağlı fikrinə görə tənqid atəşinə tutulan aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib. Sosial …