Ana səhifə / Şou Biznes / Flora Kərimova nənə oldu – FOTO

Flora Kərimova nənə oldu – FOTO

Xalq artisti Flora Kərimova nənə olub.

Belə ki, müğənninin qızı Zümrüdün oğlu dünyaya gəlib. Bu barədə jurnalist Ülkər Rəşidqızı məlumat yayıb.
“Flora xanımın göz nuru olan Zümrüdü oğul anası olub. Flora xanım, nənə olmağınız münasibətilə sizi təbrik edirəm. Zümrüdümüzün körpəsi qucağındadır, şükür”, – deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, Zümrüd hazırda İngiltərədə yaşayır. O, ikinci dəfə ailə qurub.

Həmçinin oxuyun

“Avroviziya 2023”də təmsilçilərimiz 12-ci nömrə ilə çıxış edəcəklər – Foto

“Avroviziya 2023”də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcəklər. Bu barədə APA-nın sorğusuna cavab olaraq, İctimai …