Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Filip Kirkorov uşaqları ilə birgə Bakıya gəlib- FOTO

Filip Kirkorov uşaqları ilə birgə Bakıya gəlib- FOTO

Rusiyanın Xalq artisti Filip Kirkorov uşaqları ilə birgə Bakıya gəlib.

“Report”un məlumatına görə, hava limanında rusiyalı estrada ulduzu Bakıya növbəti səfəri və JARA beynəlxalq festivalında iştirakı ilə bağlı təəssüratlarını mətbuatla bölüşüb.

Kirkorov yenidən qonaqpərvər Azərbaycana gəlməkdən çox məmnun olduğunu vurğulayıb.

“Uşaqlarımla Soçidən gözəl uçuş həyata keçirdik. Yaxşı yedik, yatdıq. İndi də Bakıdayıq və JARA festivalında çıxış edəcəyik. Çox maraqlı olacaq, yeni duetlər və mahnılar olacaq”, – Kirkorov deyib.

Xatırladaq ki, iyulun 25-dən 28-dək “SeaBreezeResort” kurortu ərazisində qonaqları 4 günlük fasiləsiz əyləncə gözləyir. 80-dən çox sənətçinin iştirak etdiyi fantastik konsertlər, ulduz dəfilələri, inanılmaz işıq şouları və qürubda rəqs – bir sözlə, heç bir müasir musiqi festivalının müqayisə oluna bilməyəcəyi ab-hava olacaq. Bu il təşkilatçılar rekord nəticələr söz verib: sahildəki əsas səhnədən əlavə, iki böyük səhnəsi olan iki hovuz quraşdırılacaq, ərzaq meydançası, VIP zona genişləndiriləcək.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …