Şənbə , İyun 25 2022
Ana səhifə / Şou Biznes / Filarmoniyadakı erotik rəqs Aysel Teymurzadənin ad günündə olub

Filarmoniyadakı erotik rəqs Aysel Teymurzadənin ad günündə olub

Bir neçə gün əvvəl Filarmoniyanın həyətində yerləşən kafedə baş verən 18+ rəqslərlə bağlı xəbər yaymışdıq. 

Bu hadisə ictimaiyyət tərəfindən narazılıqla qarşılanmışdı. Belə ki, mədəniyyət beşiyi hesab olunan bir yerdə yarıçılpaq qızların erotik rəqslər etməsi analaşılan deyildi. Hadisə ilə bağlı yeni detallar məlum olub.

Musavat.com-un yazdığına görə həmin rəqs Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin sənətçi xanımı Aysel Teymurzadənin ad günündə olub. 33 yaşını qeyd edən musiqiçi xanım və həyat yoldaşı məclisi bu məkana salıb.

Onu da bildirək ki, bütün bu xoşagəlməz hadisə Prezident Adminstrasiyasının yüz metrliyində baş verib.

Həmçinin oxuyun

Elçin Əlibəyli 2-ci dəfə boşanır – FOTO

Tanınmış aparıcı və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli həyat yoldaşı Dilruba Vaqifzadədən boşanır. Olay.az …