Ana səhifə / Şou Biznes / Fikrət Sadıq vəfat etdi

Fikrət Sadıq vəfat etdi

Tanınmış Azərbaycan şairi Fikrət Sadıq vəfat edib.

Bu barədə kulis.aza şairin oğlu Orxan Fikrətoğlu məlumat verib.

O, dünən gecə evində dünyasını dəyişib.

Fikrət Sadıq ağ ciyər xəstəliyindən əziyyət çəkirdi. Ölüm səbəbi nəfəs tıxanması olub.

Mərhumla vida mərasimi bu gün saat 15.00-da yaşadığı ünvanda olacaq.

Harda dəfn ediləcəyi hələlik bəlli deyil.

Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.

1975-ci ildən Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib.

Prezidentin fəxri təqaüdçüsü idi.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın