Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Fikrət  Məmmədov məhkəmə sistemindən kənarlaşdırılan hakimlərdən yazdı

Fikrət  Məmmədov məhkəmə sistemindən kənarlaşdırılan hakimlərdən yazdı

Azərbaycanda 70-dən çox məhkəmə hakimi məhkəmə sistemindən kənarlaşdırılıb.

Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd olunub. Bildirilib ki, ötən illərdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılıb, vətəndaşların haqlı şikayətlərini doğuran kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Bundan əlavə, aşkarlanan korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın