Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Şou Biznes / Fidan Süleymanova: “Koronavirus bizə toy tutdu”

Fidan Süleymanova: “Koronavirus bizə toy tutdu”

“Biz toy tutmaq əvəzinə koronavirus bizə toy tutdu. İş yox, toy yox, oturmuşuq evdə. Azərbaycanda hamı bilir ki, müğənnilərin gəlir yeri toydur. Hələ nə vaxt restoran və şadlıq evlərinin fəaliyyətinin bərpa olunacağı və toy mərasimlərinin keçiriləcəyi də məlum deyil”.


Bunu saytımıza açıqlamasında müğənni Fidan Süleymanova deyib.

Müğənni belə getsə, həmkarlarının tez bir zamanda müflisləşəcəyini də proqnozlaşdırıb:

“Belə görürəm, hələ işıqucu görünmür. Deyəsən, koronavirus şou-biznesin axırına çıxmayınca, çıxıb gedən deyil. Belə getsə, hər kəs müflis olacaq. Taclı korona bütün dünyada meydan sulayır. Maska taxmaqdan da ürəyim sıxılır. Bircə koronadan yaxamızı qurtarsaq, doyunca nəfəs alardıq”.(yenicag.az)

Həmçinin oxuyun

Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu – FOTO

Meksika əsilli amerikalı aktrisa Salma Hayek kosmetikasız şəklini paylaşıb. Lenta.ru-nun məlumatına görə, kadrlar onun “Instagram” hesabında …