Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / FHN-dən itən neftçilərlə bağlı açıqlama

FHN-dən itən neftçilərlə bağlı açıqlama

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırda nazirliyin helikopterləri və bir təyyarəsi itkin düşənlərin axtarışını aparır. Bundan əlavə, bir gəmi yanğının söndürülməsi, iki gəmi isə mümkün neft dağılmalarının qarşısını almaq üçün cəlb olunub.
Həmçinin FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın