Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Fazil Mustafa maşından imtina edib, velosiped sürəcək

Fazil Mustafa maşından imtina edib, velosiped sürəcək

Millət vəkili Fazil Mustafa Avropa Oyunları ərəfəsində yolların bağlı olduğu günlər Bakıda avtomobillə yox, velosipedlə gəzəcək.

Azinforum.az xəbər verir ki, bu barədə Hafta.az-a açıqlamasında millət vəkilinin özü məlumat verib. O bildirib ki, birinci Avropa Oyunları ilə əlaqədar şəxsi avtomobilindən istifadə etməyəcək:

“Yolların bağlı olması səbəbindən ictimai nəqliyyatdan deyil, uyğun olsa velosipeddən istifadə edəcəyəm. Ancaq şəxsi avtomobilsiz də ötüşmək çətindir”.

Qeyd edək ki, Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov vətəndaşlara səslənərək, Avropa Oyunları ərəfəsində şəhərdə avtomobil sıxlığını aradan qaldırmaq üçün onları şəxsi avtomobillərindən imtina etməyə çağırıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın