Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Faiq Ağayev: “Bu çətin gündə bir-birimizə əsassız dözümsüzlük, yersiz irad sərgiləməyək”

Faiq Ağayev: “Bu çətin gündə bir-birimizə əsassız dözümsüzlük, yersiz irad sərgiləməyək”

“Pandemiya səbəbi ilə tətbiq olunan məhdudiyyətlər insanların psixoloji durumuna ciddi, bir çox hallarda isə geridönməz neqativ təsir göstərməkdədir”.

Bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb. Müğənni pandemiya səbəbi ilə tətbiq edilən qadağaların insanlara pis təsir etdiyini bildirib:

“Bir ilə yaxın müddətdə məcburən yarı-dustaq halda yaşayan ailələrdə qarşılıqlı aqressiya yaranır, münasibətlər gərginləşir, ayrılmalar çoxalır. Yalqız insanları da lazımsızlıq, çarəsizlik hissləri, tükənmə sindromu bürüyür. Sözüm ondadır ki, bu çətin dönəmdə bir-birimizə əsassız dözümsüzlük, yersiz irad, səbəbsiz nifrət, qəzəb, şiddət sərgiləməyək, lütfən.

Qələbə, zəfər əldə edən bir xalq özünə, soydaşlarına qarşı daha qayğılı, həlim, həssas olmalıdır, əzizlərim”. Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …