Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / F1-in açılışında nələr olacaq? – PROQRAM

F1-in açılışında nələr olacaq? – PROQRAM

Bu gün “Formula 1” üzrə Bakı Qran-Prisinin açılış mərasimi keçiriləcək. Mərasim Bakı vaxtı ilə 15:45-də başlayacaq.

Azinforum.az açılış mərasiminin proqramını təqdim edir:

-Azərbaycanlı kimliyi, F1-in əsas dəyərləri və trek boyunca uzanan gözəl mənzərə arasında beş (5) rəmz və model vasitəsilə davamlı əlaqə qurmaq üçün müəyyən süjet xətti üzərində birləşən beş (5) fəaliyyətdən ibarət bir mərasim.

20 dəqiqəlik bu nəhəng paradda bu millətin yeni ruhu ilə birlikdə onun zəngin irsi nümayiş olunacaq. Paradın tam mərkəzində bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət yer alacaq.

SALAMLAMA: KÖRPƏ SÜRÜCÜLƏR

Hər kəs uşaqlığında Formula 1 pilotu olmaq xəyalını qurub. Lakin, həqiqi çempion olmaq üçün müstəsna keyfiyyətlərə: Alovun ehtirasına, Suyun enerjisinə və qıvraqlığına, Küləyin sürətinə, Güclü qələbə əzminə və hər zaman irəli getməyə və nəhayət fərdləri zəfər uğrunda birlikdə çalışmağa sövq edən komanda ruhuna ehtiyac vardır. Bu keyfiyyətləri tapmaq üçün öz daxilinə nəzər salmalısan. Əgər sən Bakıdasansa, sadəcə ətrafa baxmaq kifayətdir. Bakıya xoş gəlmisiniz. 2016 F1 Avropa Qran Prisi başlamaq üzrədir…

FƏALİYYƏT 1: ALOV VƏ EHTİRAS

Möhtəşəm Formula 1 çempionunun ruhunu aydınladan ehtiras elə bu ehtirasdır ki, Azərbaycan irsinin alovunu canlı saxlayır və onu gələcəyə aparır.

FƏALİYYƏT 2: SU VƏ QIVRAQLIQ

Güclü sürücü olmaq istəyirsənsə, hər zaman dinamikliyi qorumalı və istiqaməti dəyişməyə hazır olmalısan. Xəzər dənizinə nəzər sal və onun enerjisindən və qıvraqlığından ilham al.

FƏALİYYƏT 3: KÜLƏK VƏ SÜRƏT

Külək sürəti alovlandırır. Bu elə eyni sürətdir ki, həm özündə F1-i təcəssüm etdirir, həm də Bakının adı üçün ilham mənbəyi olub.

FƏALİYYƏT 4: İRƏLİ VƏ QƏLƏBƏ ƏZMİ

Bakı daim irəliyə gedən şəhərdir. Onun yüksəlməkdə olan ritmini dinləyin. Bu ritm sanki Formula 1 mühərrikinin gurultusunu xatırladır.

FƏALİYYƏT 5: BİRLİKDƏ VƏ ÖLKƏLƏRİN BİRLİYİ

Formula 1 çempionu heç vaxt yalnız deyil. O, qalibiyyət uğrunda birlikdə çalışan komandanın bir hissəsidir. F1 Avropa Qran Prisi Azərbaycan, Avropa, Asiya və bütün dünyanı birləşdirən bir arzudur.

BAĞLANIŞ FƏALİYYƏTİ – BÖYÜK FİNAL

Xəyalımız artıq gerçəkləşdi. Azərbaycana xoş gəlmisiniz. Bakıya xoş gəlmisiniz. 2016 Formula 1 Avropa Qran Prisinə xoş gəlmisiniz.

DÖVLƏT HİMNİ MƏRASİMİ

Dövlət Himni Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx (40) nəfərdən ibarət gənc kollektivi tərəfindən ifa olunacaq.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın